Zurabişvili aksiyaçılara dəstək verdi

 23:24 15.04.2024     229

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edən Tbilisi sakinlərini dəstəkləyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında yazıb.

O qeyd edib ki, xüsusi təyinatlılar su şırnaqları və qaz tapancaları ilə Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı keçirilən kütləvi dinc nümayişini hədəfə alıblar.

“Həbslər aparılır. Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”, - Zurabişvili vurğulayıb.