"ABŞ buna görə yeni münaqişələr yaradacaq"

 09:49 16.04.2024     185

"Birləşmiş Ştatlar artan dövlət borcuna görə öz iqtisadiyyatını defoltdan xilas etmək üçün yeni hərbi münaqişələri gücləndirməyə davam edəcək".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Vaşinqton getdikcə daha çox hərbi münaqişələr yaratmağa davam edəcək, defoltu gecikdirməyə çalışacaq və bu, qaçılmaz olaraq belə borclanma ilə baş verəcək",- deyə o, Telegram kanalında yazıb.

Dövlət Dumasının spikerinin sözlərinə görə, “ABŞ problemləri başqasının hesabına həll etməyə öyrəşib”.

“Hegemonluğu qorumaq üçün onlar Ukraynada müharibəyə başladılar, bu da kifayət etmədi, indi Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara başladılar”

Humay İSGƏNDƏRLİ