"Çin və Almaniya münasibətləri bütün dünyaya təsir edir"

 10:03 16.04.2024     152

"Çin-Almaniya münasibətlərinin inkişafı bütün dünyaya təsir edir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz ilə görüşdə Çin sədri Si Cinpin deyib.

"Çin-Almaniya əlaqələrinin möhkəmlənməsi və inkişafının əhəmiyyəti ikitərəfli əlaqələrdən kənara çıxır və həm Avrasiya qitəsinə, həm də bütün dünyaya mühüm təsir göstərir", - deyə Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.

Çin prezidenti həmçinin Almaniyanı ikitərəfli münasibətlərə uzunmüddətli və strateji perspektivdən baxmağa və inkişaf etdirməyə, dünyaya daha çox sabitlik və əminlik gətirmək üçün birlikdə çalışmağa çağırıb.

Humay İSGƏNDƏRLİ