Aİ-dən İran və İsrailə XƏBƏRDARLIQ
Avropa İttifaqı İran və İsraili Yaxın Şərqdə eskalasiyaya qarşı xəbərdarlıq edir, çünki tərəflərdən heç biri münaqişənin davam etdirilməsində maraqlı deyil.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel çıxış edib.
"Aİ-nin siyasi məqsədi eskalasiyadan qaçmaqdır. Biz İsrailə xəbərdarlıq edirik və deyirik ki, hamı regionda qarşıdurmanın olmamasında maraqlıdır. Biz Dəməşqdəki konsulluğa hücumdan bir gün sonra iranlılara eyni şeyi dedik”, - deyə o, Fransanın "Le Monde" qəzetinə müsahibəsində bildirib.
Aİ diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, eskalasiyanın qarşısını almaqda ən çox Qəzza zolağının sakinləri maraqlıdır. O hesab edir ki, İsrail və İran arasında bölgədə münaqişə başlasa, Qəzzadamüharibə bitməyəcək”.
Humay İSGƏNDƏRLİ