Konqres Rusiya və İrana qarşı sanksiyaları nə zaman qəbul edəcək?

 17:41 16.04.2024     239

İsrail, Tayvan və Ukraynaya yardım, habelə Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihələri çərşənbə axşamı günü təqdim oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından olan respublikaçı) "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz hesab etmirik ki, Nümayəndələr Palatasına Senat nəzarət etməlidir. Onlar bizə hər şeyi birləşdirən böyük bir qanun layihəsi göndərdilər, lakin Nümayəndələr Palatasının iradəsi fərqli idi. Nümayəndələr Palatasının iradəsi bunların hamısını ayrıca məsələlər kimi nəzərdən keçirmək idi. Biz bu həftə etməyi planlaşdırırıq. Dediyiniz kimi, dörd qanun layihəsi olacaq: əvvəlcə İsrail, sonra Hind-Sakit okean regionu, sonra Ukrayna, daha sonra isə Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan dördüncü qanun layihəsi. Və İran, eləcə də Rusiya oliqarxlarının aktivlərinin çıxarılması ilə bağlı müddəaları bu sənədlərə daxil edəcəyik.

Conson qanunvericilərin hələ də "bu gün sonra" təqdim edilə biləcək bəzi müddəaları yekunlaşdırdıqlarını söylədi. Qanun layihələri üzrə səsvermə cümə günü keçirilə bilər.

xatırladaq ki, bazar ertəsi Ağ Ev İsrail, Tayvan və Ukraynaya əlavə böyük hərbi yardım tələbini bölüşdürmək fikrini rədd edib. Bu, əslində Consonun təklif etdiyi yanaşmadır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiq edib ki, ABŞ Prezidenti Co Bayden belə bir bölgüyə qarşıdır. Demokratların nəzarətində olan Senatın Consonun planını dəstəkləməyə hazır olub-olmadığı bəlli deyil.

Amerika administrasiyası bir neçə ay əvvəl Konqresə oktyabrın 1-də ABŞ-də başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya yardım göstərmək, habelə Asiya-Sakit okean regionu üçün Çin və Rusiyaya qarşıdurmada əlavə büdcə ayırmaları barədə sorğu göndərib. Ümumilikdə, Demokrat Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndələr Palatasında və Senatda olan bir sıra respublikaçılar son aylarda Kiyevə maliyyə dəstəyinin davam etdirilməsinin əleyhinə çıxış ediblər.

Senat bir sıra respublikaçıların dəstəyi ilə fevralın 13-də İsrail, Tayvan və Ukraynaya 95 milyard dollarlıq yardım nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib.

Turan İSMAYIL