Sandu Aİ-yə üzvlüklə bağlı referendumu dəstəkləməyə çağırdı

 17:49 16.04.2024     231

Moldova Prezidenti Maya Sandu partiyaları və ictimai təşkilatları Konstitusiya Məhkəməsi (KM) tərəfindən təşkili təsdiqlənən Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə referendumu dəstəkləməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində yazıb.

“Konstitusiya Məhkəməsi oktyabrın 20-də baş tuta biləcək və “Moldovanın Avropa İttifaqına qoşulmasını dəstəkləyirsinizmi?” sualının daxil ediləcəyi Aİ-yə daxil olmaq üzrə referendumun qanuniliyini tanıyıb. Bizə birlik lazımdır, hər bir partiyanın, hər bir ictimai təşkilatın, hər bir vətəndaşın iştirakı lazımdır ki, birlikdə moldovalılar üçün sülh və firavanlığa zəmanət verə bilək”, -  deyə Sandu bildirib.

Turan İSMAYIL