Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
Moskvanın Tver Rayon Məhkəməsində bloqer Anastasiya İvleyeva ilə bağlı protokol hazırlanıb.
Redaktor.az xəbər verir ki, məlumata görə, bloqer Rusiya ordusunu diskreditasiya etməkdə (İnzibati Məcəllənin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) ittiham olunur.
Materiallar bu gün qeydə alınıb, baxılma tarixi hələ müəyyən edilməyib.