"Aİ qaz idxalına görə astronomik qiymət ödəyir"

 18:03 16.04.2024     245

Avropa İttifaqının (Aİ) qaz idxalına xərcləri ABŞ və Çininkindən 3-4 dəfə çoxdur ki, bu da Aİ sənayesinin dünya səhnəsində rəqabət qabiliyyətini zəiflədir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin energetika nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbərinin müavini Maros Şefçoviç deyib.

“Biz Aİ-də qaz qiymətlərini Çin və ABŞ-dəki qiymətlərlə müqayisə etməliyik və orada qiymətlər üç-dörd dəfə aşağıdır, bu o deməkdir ki, bizim enerji tutumlu sənayemizə təzyiq çox böyükdür”.

Onun sözlərinə görə, Avropa ölkələri “son dərəcə çətin dövrlər” yaşayır.

“Astronomik məbləğlər olan enerji idxalımız üçün ödədiyimiz məbləğlə vətəndaşlarımıza və sənayemizə evlərini qızdırmaq və işıqlandırmaq üçün xərclədiyimiz pulları müqayisə etsək, bu, demək olar ki, illik 1 trilyon avroya bərabərdir, bundan başqa cür istifadə edə bilərdik”  - deyən Şevçoviç yaşıl enerjiyə daha çox sərmayə qoymağa çağırıb.

Turan İSMAYIL