Cənubi Afrikada yağışlar nəticəsində 5 nəfər ölüb
Cənubi Afrikanın cənub-şərqində son üç gündə yağan güclü yağışlar daşqınlara səbəb olub, azı 5 nəfər ölüb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin başçısı məlumat verib.
“Beş nəfər həlak olub, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan dəyib. Evlər dağıdılıb, onların dəqiq sayı müəyyənləşdirilir", - o bildirib.
Əyalətdə xilasedicilər işləyir.
Yusif EYVAZLI