Bu ölkədə 6 minə yaxın bina su altında qaldı

 09:36 17.04.2024     174

Qazaxıstanda daşqınlar nəticəsində 5,8 mindən çox fərdi yaşayış binası su altında qalıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda 5 rayonda 5837 fərdi yaşayış binası, 1353 həyətyanı sahə və 3124 bağ evi su altında qalıb. Daşqın dövrü başlayandan xilasedicilər tərəfindən 116 949 nəfər, o cümlədən 40 781 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 6950 nəfər var", - deyə rəsmi məlumatda bildirilib.

Humay İSGƏNDƏRLİ