İranda ard-arda zəlzələlər baş verdi - FOTO

 13:06 17.04.2024     204

İranın Sistan və Bəlucistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ötən gecə ard-arda iki zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı sözügedən əyalətin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.

“İlk zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə saat 00:29-da, ikinci zəlzələ isə 3,7 bal gücündə və saat 01:50-də qeydə alınıb”, - deyə o qeyd edib.

Məcid Mohebbinin sözlərinə görə, zəlzələ nəticəsində dağıntı və ölüm halları olmayıb.