İsrail İrana qarşı hərəkətə keçəcək - Britaniyalı nazir
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İranın İsrailə hücumundan sonra gərginliyi azaltmaq və ölkə liderləri ilə danışıqlar aparmaq məqsədilə bu gün Təl-Əvivə səfər edib.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Kemeron jurnalistlərə açıqlamasında İranın hücumuna cavab olaraq israillilərin hərəkətə keçmək qərarına gəldiyini qeyd edib. “Ümid edirik ki, onlar bunu mümkün qədər az eskalasiyaya səbəb olacaq şəkildə edəcəklər”,- deyə o bildirib.
XİN rəhbəri Böyük Britaniyanın İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istədiyini də vurğulayıb.
Kemeron Böyük Yeddilik Qrupu ölkələrinin xarici işlər nazirlərinin İtaliyadakı görüşü ərəfəsində deyib ki, G7 tərəfindən İrana aydın və birmənalı mesaj verilməlidir.