"Biz potensial hücumu dəf etməyə hazır deyilik" - Polşa generalı
Polşa yalnız ölkə daxilində yaradılmış hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə (hava hücumundan müdafiə, raket əleyhinə müdafiə) arxalanaraq səmasını potensial hücumdan tam qoruya bilməyəcək.
Redaktor.az xəbər verir ki, bu fikri TOK FM radiostansiyasının efirində Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçak deyib.
“Biz çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin yaradılması mərhələsindəyik və bu proses uzun illərdir ki, bizdə tam hüquqlu havadan müdafiə sistemi yoxdur və buna görə də səmamız tam qorunmur. Biz potensial hücumu dəf etməyə hazır deyilik", - polşalı təqaüdçü hərbçi qeyd edib.
Turan İSMAYIL