"Avropa ölkələri Ukraynada atəşkəs üçün kifayət qədər səy göstərmirlər"

 17:57 17.04.2024     278

Avropa ölkələri Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün kifayət qədər səy göstərmirlər.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Hesab edirəm ki, biz avropalıların etdikləri pisdir. Bu, bizi atəşkəsə yaxınlaşdırmır. Biz Ukraynaya dəstək verməklə bağlı olan bütün nəticələrlə düzgün məşğul olmuruq", - deyə hökumət rəhbəri bildirib.

Turan İSMAYIL