Ukrayna Çex təşəbbüsü çərçivəsində ilk mərmiləri bu tarixdə ala bilər

 19:09 17.04.2024     331

Ukrayna ilk artilleriya mərmilərini Çex Respublikasının Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən almaq təşəbbüsü çərçivəsində iyun ayında ala bilər.

Redaktor.az CTK xəbər agentliyinə istinadən bildirir ki, bu barədə Çex dövlətinin Baş naziri Petr Fiala NATO-nun mənzil-qərargahında keçirdiyi görüşdən sonra deyib.

"Ukrayna Çexiya təşəbbüsü ilə ilk mərmiləri iyun ayında ala bilər", - o bildirib.

Xatırladaq ki, Çex Prezidenti Petr Pavel fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, maliyyə vəsaiti olarsa, respublika üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi almaq imkanını tapıb. Daha əvvəl “Politico” qəzeti yazıb ki, Avropa İttifaqının Kiyevə 2023-cü ilin martından 2024-cü ilin martınadək bir milyon mərmi tədarük etmək vədlərinin baş tutmamasından narazı qalan Praqa Brüsseldən Ukrayna üçün bütün dünyada, xüsusən də Türkiyədə, Cənubi Koreya və Afrikada mərmi almağa başlamasını tələb edib. Təşəbbüsə 20-yə yaxın dövlət qoşulub. Qərb mətbuatının məlumatına görə, proqramın həyata keçirilməsi üçün təxminən 1,5 milyard dollar toplanıb.

Turan İSMAYIL