Ölmüş elan edilən alman milyarder Moskvada TAPILDI
Almaniyalı milyarder, supermarketlər şəbəkəsinin sahibi və direktoru Karl-Erivan Haub altı il əvvəl vətənində ölmüş elan edilib.
Redaktor.az xəbər verir ki, o, İsveçrə Alp dağlarında xizək sürərkən müəmmalı şəkildə yoxa çıxandan sonra rəsmən itkin sayılıb.
Tam bir həftə axtarış aparan xilasedicilər Haubun uçuruma düşdüyünü və ya uçqun altında qaldığını bildiriblər.
Qohumları üç il ərzində onun tapılacağına ümid etsələr də, nəticədə məhkəmə ABŞ vətəndaşlığı da olan milyarderin rəsmi olaraq öldüyünü elan edib və Kölndə ona ölüm şəhadətnaməsi verilib.
Haub arvad, iki uşaq və 6 milyard dollarlıq sərvət qoyub.
Lakin Almaniyanın "RTL" kanalının jurnalistləri əvvəldən nəyinsə səhv olduğundan şübhələniblər. Çünki yoxa çıxmazdan bir neçə gün əvvəl Haub Sankt-Peterburqda səyahət agentliyinin rəhbəri olan rus qadını ilə telefonla əlaqə saxlayıb. Bundan əvvəl də cütlük bir neçə dəfə Moskva, Bakıda və Soçidə birlikdə istirahət ediblər.
Bir neçə gün isə əvvəl məlum oldu ki, Haub sağ-salamatdır və indi Moskvada həmin rus qadınının yanında yaşayır. Bir versiyaya görə, o, dağ yamacı ilə İtaliyaya, ordan da Rusiyaya gedib.
Almaniya höküməti Karl-Erivanın yoxa çıxmasından sonra biznesin idarəçiliyini öz üzərinə götürən Haubun qardaşı Kristianı istintaqa cəlb edib.
Onun qardaşının planlarından xəbərdar olduğu güman edilir.
Baxmayaraq ki, bir neçə il əvvəl o, ağlayaraq Karl-Erivanın öldüyünü elan etmişdi.
Sultan AYXAN