"Ukraynadakı münaqişə Kiyev üçün əlverişsiz istiqamətdə inkişaf edir"

 19:32 17.04.2024     364

Ukrayna münaqişəsi Kiyev üçün əlverişsiz istiqamətdə gedir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Frenk Kendall ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Onların köməyə çox ehtiyacı var: hava hücumundan müdafiə sistemləri, artilleriya döyüş sursatları və s". - deyən Kendall əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin arsenalları tükənib və Kiyevə əlavə yardım üçün ABŞ Konqresinin Ukrayna da daxil olmaqla, yardım göstərmək üçün 2024-cü maliyyə ilində əlavə büdcə ayırmalarına razılıq verməsi lazımdır. O hesab edir ki, burada əlavə vəsait tələb olunur.

Turan İSMAYIL