Məşhur oyun şirkəti 600 nəfəri işdən ÇIXARIR

 19:50 17.04.2024     490

"Grand Theft Auto" seriyası oyunlarının naşiri bəzi layihələrin ləğv edildiyini və bəzi işçilərin işdən çıxarıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mütəxəssislərin təxminən 5 faizi - 600 nəfər işini itirəcək. Naşir həmçinin pula qənaət etmək üçün inkişafda olan bəzi oyunları ləğv etmək qərarına gəlib. Bu tədbirlər korporasiyaya 200 milyon dollara qədər qənaət etməyə imkan verəcək.

Mənbələrə görə, optimallaşdırma "Rockstar Games" tərəfindən hazırlanan "GTA VI"ya təsir etməyəcək. 

Yusif EYVAZLI