HƏMAS Ərdoğana minnətdarlığını bildirdi
HƏMAS hərəkatı çərşənbə günü parlamentdə bir daha səsləndirdiyi dəstəyə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
“Prezident Ərdoğana HƏMAS hərəkatına cəsarətli dəstəyinə görə dərin minnətdarlığımızı və qürurumuzu bildiririk ki, onun cəsarətli sözləri və nəcib mövqeyi qardaş türk xalqının tarixi və həqiqi mövqeyini təcəssüm etdirir və torpaqlarımızı azad etmək, ona qayıtmaq uğrunda mübarizəmizə dəstək verir”, - HƏMAS-ın bəyanatında bildirilib.
Qeyd edək ki, daha əvvəl parlamentdə çıxış edən Ərdoğan HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bir daha vurğulayıb.
Yusif EYVAZLI