"Google" aksiya edən işçiləri qovdu

 10:29 18.04.2024     335

Amerikanın "Google" texnologiya korporasiyası oturaq aksiya keçirən 9 əməkdaşını işdən çıxarıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Verge" portalı şirkətdəki mənbələrə istinadən xəbər verir.

Onlardan dördü Nyu Yorkdakı ofisin ümumi ərazisində ən azı səkkiz saat davam edən aksiya təşkil edib.

Bundan sonra rəhbərlik onların inzibati məzuniyyətə çıxarılacağını, binaya girişlərinin bloklanacağını açıqlayıb. Korporasiyanın əməkdaşları şirkətin İsrail hökumətinin "Nimbus" layihəsində iştirakına qarşı çıxıblar.

Humay İSGƏNDƏRLİ