Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalara başlayacaq
Avropa Komissiyası tezliklə üzv dövlətlərlə 14-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Polskie Radio" radiostansiyası məlumat yayıb.
KİV-in məlumatına görə, Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketini hazırlayarkən Brüssel “Avropa şahinləri” ilə daha mülayim mövqeyə malik icma ölkələri arasında kompromis tapmağa çalışacaq.
Humay İSGƏNDƏRLİ