Fransa-Rusiya münasibətləri hazırda ən aşağı səviyyədədir - Keçmiş səfir
"Rusiya ilə Fransa arasında münasibətlər hazırda ən aşağı səviyyədədir".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Parisdəki keçmiş səfiri Aleksandr Orlov deyib.
"Münasibətlərimiz heç vaxt indiki qədər pis olmayıb. Son vaxtlar Fransa prezidenti Emmanuel Makron bir neçə yanlış addım atıb və bu, Fransa ilə Rusiya arasında məsafəni daha da artırıb. Bu cür hərəkətlərə Fransa liderinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatı daxildir", - deyə Orlov bildirib.
Humay İSGƏNDƏRLİ