Almaniyada Rusiya casusları saxlanıldı

 14:35 18.04.2024     332

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Redaktor.az bildirir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

"Bavariyadan olan 39 yaşlı alman əsilli rusiyalı Diter S. və 37 yaşlı alman əsilli rusiyalı Aleksandr J. saxlanılıb. Diter S. 2023-cü ilin oktyabr ayından Almaniyadakı təxribatla bağlı Rusiya kəşfiyyat xidmətləri ilə məlumat mübadiləsi aparır. O, hərbi infrastrukturda, müdafiə zavodlarında və sənaye obyektlərində yandırma və partlayışlar törətməyə razılaşıb", - məlumatda deyilib.

Jurnal iddia edir ki, onların hədəfi hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları olub:

"Bundan əlavə, Diter S. ABŞ-ın Almaniyadakı hərbi obyektlərinə baxış keçirib, fotolarını çəkib və müvafiq fotomaterialları Rusiyaya ötürüb".

Almaniya prokurorluğu Dieter S.-i kəşfiyyat və təxribat məqsədilə gizli fəaliyyətdə, Aleksandr J.-ni isə xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıqda ittiham edib.

Hər ikisi nəzarətə götürülüb.