Qəzzada İsrailin hücumu nəticəsində 70-dən çox insan öldü
Son 24 saat ərzində 71 nəfər İsrail hərbçilərinin Qəzza zolağında şəhər və qəsəbələrə hücumlarının qurbanı olub, daha 106 nəfər xəstəxanalara aparılıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
“İsrail təcavüzünün 195-ci günündə ölənlərin sayı 33 899 nəfərdən 33 970 nəfərə, yaralıların sayı isə 76 664 nəfərdən 76 770 nəfərə yüksəlib”, - sənəddə deyilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərin getdiyi bəzi ərazilərdə qurbanlar hələ də İsrailin hava hücumları zamanı dağılmış evlərin dağıntıları altındadır. Güclü yanğın səbəbindən mülki müdafiə xidmətinin xilasediciləri onlara çata bilmir.
T.İSMAYIL