Ermənistanın keçmiş müdafiə naziri həbsdə qaldı
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə vəsatətini rədd edib.
Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a onun vəkili Andranik Manukyan bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi hakim Vahe Dolmazyana iki vəsatət təqdim edib. İkincisi, qabaqlayıcı tədbirin tamamilə ləğvi ilə bağlı olub, o da rədd edilib.
Müdafiə tərəfi Apellyasiya Məhkəməsinə müraciət etmək niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.
T.İSMAYIL