Ukraynanın "Patriot" və "SampT"a ehtiyacı var - Nazir

 17:37 18.04.2024     316

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Qərb tərəfdaşlarından Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək barədə israrlı xahişini təkrarlayıb.

Redaktor.az xəbər verir ki, o, Yeddilik Xarici İşlər Nazirləri Qrupunun iclası çərçivəsində "SkyTG24" kanalına müsahibəsində deyib.

"Bizim üçün hava hücumundan müdafiə sistemi prioritetdir, bunlar Amerika "Patriot" və Fransız-İtaliya "SamT" sistemləridir, biz onları sadə bir səbəbdən istəyirik - onlar Rusiyanın ballistik raketlərini ələ keçirə bilən yeganə sistemdir və bu, müharibənin gedişində dönüş nöqtəsi olacaq”, - Kuleba bildirib.

Onun sözlərinə görə, görüşün bütün iştirakçıları Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı razılığa gəliblər, lakin bu, daha sürətlə həyata keçirilməlidir.

Qeyd edək ki, ukraynalı nazir və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə keçiriləcək xüsusi sessiyada hava hücumundan müdafiə sistemlərinin təchiz edilməsi mövzusu müzakirə edilməlidir.

T.İSMAYIL