"Daha ciddi qüvvələrlə cavab verəcəyik" - İran səfiri İsraili HƏDƏLƏDİ

 20:33 18.04.2024     238

"İran tərəfi İsrailə qarşı cavab əməliyyatını başa çatmış hesab edir, lakin İsrail və onun Qərb tərəfdaşlarının Tehrana qarşı fəaliyyətini davam etdirəcəyi təqdirdə daha böyük vasitə və qüvvələrlə cavab verməyə hazırdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.

“Biz hesab edirik ki, İsrailə qarşı əməliyyat başa çatıb, lakin İsrail rejimi və onun qərbli silahdaşları yenidən bizə qarşı hərəkətə keçmək qərarına gəlsələr, təbii ki, biz daha ciddi vasitə və qüvvələrlə cavab verəcəyik”, - Kazem Cəlali qeyd edib.

Yusif EYVAZLI