Hizbullah İsrailin 10 kəndinə raket zərbələri endirdi

 21:52 18.04.2024     160

Hizbullah silahlı qüvvələri günorta saatlarında İsrail ordusunun 10 yaşayış məntəqəsindəki mövqelərinə raket zərbələri endirib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, həmin yaşayış məntəqələrində hava hücumu sirenləri səslənib.

Hərbi obyektlərin atəşə tutulmasının nəticələri barədə təfərrüatlar və qurbanlar barədə məlumat verilmir.

Yusif EYVAZLI