Meksikada da güclü zəlzələ oldu
Meksika sahillərində, Kaliforniya körfəzində 5,6 maqnitudada zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min nəfər əhalisi olan Loreto şəhərindən 87 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.