Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Polşada Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
“Volodimir Zelenskiyə sui-qəsd cəhdinə dair təklif irəli sürən agent ifşa olunub”, - məlumatda deyilir.
Ukrayna Təhlükəsizlik Xidməti-nin məlumatına görə, onun planı Polşanın Rzeşov-Yasionka hava limanının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, Rusiyaya ötürmək olub. Bildirilib ki, güya burada Ukrayna liderinin ölkəyə səfəri zamanı ona sui-qəsd planı cızılıb.