"Kiyevə yardım üçün əlaqə qrupu ABŞ-nin nəzarəti altındadır"

 23:35 18.04.2024     249

Ukraynaya hərbi yardım üzrə təmas qrupunun növbəti iclası aprelin 26-da onlayn formatda keçiriləcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.

Onun sözlərinə görə, aprelin 19-da Pentaqonun rəhbəri Lloyd Ostin alyans ölkələrinin müdafiə nazirləri səviyyəsində onlayn rejimdə keçiriləcək Ukrayna-NATO Şurasının iclasında iştirak edəcək. Bundan əlavə, Ostin və ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun gələn həftə, aprelin 26-da Ukraynaya Yardım üzrə Əlaqə Qrupunun virtual görüşünü keçirəcəklər.

Rayder vurğulayıb ki, hazırda Kiyevə yardım üçün əlaqə qrupu ABŞ-nin nəzarəti altındadır. "Bu, yaxın gələcək üçün plan olaraq qalır, ona görə də mümkün dəyişikliklər barədə deyəcək heç nəyim yoxdur", - sözçü bildirib.

Turan İSMAYIL