"Ekzistensial təhlükə ilə üz-üzəyik" - Netanyahu birliyə ÇAĞIRDI
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS və İrandan "ekzistensial təhlükə" fonunda ölkədə birliyə və daxili parçalanmaları aradan qaldırmağa çağırıb.
Redaktor.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazirin ofisi xəbər verir ki, o, bu barədə Mossad kəşfiyyat xidmətinin rəhbərliyi ilə görüşü zamanı müvafiq bəyanatla çıxış edib.
“Biz Qəzza zolağında terror oxunu məğlub etməli, girovları azad etməli və İrandan gələn bütün təhlükəni dəf etməliyik. Bunlar qətiyyət və birlik tələb edən çox mühüm vəzifələrdir, çünki biz ekzistensial təhlükə ilə üz-üzəyik və ekzistensial təhlükə yaranarsa, qüvvələri bölmək deyil, birləşdirmək lazımdır”, - baş nazir bildirib.
Məlumata görə, Mossadın qərargahında baş tutan görüşdə “müxtəlif cəbhələrdə regionda baş verən son hadisələr” müzakirə edilib.
Turan İSMAYIL