Avropa Komissiyasının prezidenti: "Putin indi Finlandiyaya fokuslanıb"
"Putin indi Finlandiyaya fokuslanıb".
Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş naziri Petteri Orpo ilə birgə Finlandiyanın Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada mətbuata açıqlaması zamanı deyib.
"2021-ci ilin noyabrında Belarus Litva, Latviya və Polşaya qarşı hibrid hücumlara başladığından bəri biz anlayırıq ki, Putin və müttəfiqləri qeyri-qanuni miqrantları bizim müdafiəmizə qarşı necə alət kimi istifadə etməyə, bizim regionumuzu qeyri-stabilləşdirməyə çalışır. İndi isə Putin Finlandiyaya fokuslanıb. Şübhəsiz ki, bu, Finlandiyanın Ukraynaya qətiyyətli dəstəyinə və NATO-ya üzvlüyünə verilən cavabdır", - deyə o bildirib.
Von der Leyen deyib ki, Finlandiyanın üzləşdiyi bu çətinlik yalnız bu ölkənin təhlükəsizliyi ilə deyil, həm də Aİ-nin təhlükəsizliyi ilə bağlıdır.