Böyük Britaniya taxtının beşinci varisi ABŞ vətəndaşı oldu
Kral III Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib.
Redaktor.az "Associated Press"ə istinadən məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlər təqdim edib.
Qeyd olunub ki, rəsmi etiraf Harri və həyat yoldaşı, Sasseks hersoginyası Meqan Cənubi Kaliforniyadakı villaya köçdükdən dörd il sonra edilib. Bu, şahzadənin həyat yoldaşı ilə kral vəzifələrindən imtina etdikdən və ABŞ-də media ilə gəlirli sövdələşmələr bağladıqdan sonra Britaniyadan getdikcə uzaqlaşdığını vurğulayıb. O vaxtdan bəri Harri dəfələrlə kral ailəsini tənqid edib və onları şüursuz irqçilikdə ittiham edib.