Tramp Ukraynaya dəstəyin artırılmasını istədi

 13:28 19.04.2024     198

"Ukraynaya dəstək artırılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ukraynanın sağ qalması ABŞ üçün vacibdir.

Tramp Ukraynaya kifayət qədər dəstək vermədiklərinə görə avropalı müttəfiqləri qınayıb.

Keçmiş dövlət başçısı bildirib ki, Ukraynanın sağ qalması həm ABŞ, həm də Avropa üçün vacibdir.