"İsrailin Rəfaha hücumu qanlı qırğına səbəb olacaq" - Mahmud Abbas
Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhəri ərazisində İsrail qüvvələrinin təklif etdiyi hərbi əməliyyat genişmiqyaslı qan tökülməsinə və humanitar fəlakətə səbəb olacaq.
Redaktor.az WAFA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bəyan edib.
Fələstin lideri Ramallahda Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə görüşü zamanı deyib: “İşğalçı qüvvələrin Rəfaha hücumu Qəzza zolağında qanlı qırğına və humanitar fəlakətə səbəb olacaq”.
M.Abbasın sözlərinə görə, beynəlxalq ictimaiyyət Rəfah bölgəsində təcavüzü dayandırmaq üçün cari hadisələrə dərhal müdaxilə etməlidir.
Turan İSMAYIL