Fələstin liderindən ABŞ-nin vetosuna REAKSİYA

 20:01 19.04.2024     244

"Fələstin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmaq üçün səylərini davam etdirəcək".

Redaktor.az WAFA-ya istinadən xəbər verir ki, bunu Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bildirib.

O, BMT Təhlükəsizlik Şurasında həqiqəti və ədaləti müdafiə edən müvafiq qətnaməyə səs verən ölkələrin mövqeyini yüksək qiymətləndirib. Bununla belə, Abbas əlavə edib ki, ABŞ-nin məzəmmət edilən vetosu qərarın qəbul edilməsinə mane olub.

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Əlcəzairin qətnamə layihəsini bloklayıb. Rusiya və Çin də daxil olmaqla Təhlükəsizlik Şurasının 12 üzvü Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbul edilməsini tövsiyə edən sənədin lehinə səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, ABŞ isə qətnamə layihəsinə qarşı çıxıb.

Turan İSMAYIL