Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rumıniya Prezidenti Klaus İohannis arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Türkiyə ilə Rumıniya arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizminin yaradılmasının faydalı olacağını bildirib.
Görüşdə Rumıniya liderinin NATO-nun Baş katibi vəzifəsinə namizədliyi müzakirə olunub.