Viktor Orban Aİ-nin hazırkı rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa ÇAĞIRDI

 23:30 19.04.2024     264

Avropa İttifaqının (Aİ) hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırılmalıdır, əks halda Macarıstan və bütün Aİ bunun əvəzini ağır ödəyəcək.

Redaktor.az "index" portalına istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Avropanın iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakətdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşaraq qaçır, cinayətlər artır, zorakılıq artır. Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif çıxış etmisinizsə, seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir şey edə bilərsiniz: əşyalarınızı götürün və vəzifədən gedin. Brüssel rəhbərliyi getməlidir”, - Orban bildirib.

“Biz Brüsselə nəzarəti ələ almalıyıq, Brüssel bürokratlarını kənara atmalıyıq və işləri öz əlimizə almalıyıq. Bunu etməsək, Brüsseldəki liderlərin səriştəsizliyi və acizliyi ucbatından təkcə Avropa deyil, biz macarlar da baha başa gələcəyik”, - o deyib.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək.

Turan İSMAYIL