Tarixi bina yanır
Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.
Redaktor.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsində yerləşən və kafe kimi istifadə edilən iki mərtəbəli bina Osmanlı dövrünə aiddir.
Yanan tikilinin yaxınlığında yerləşən dörd mərtəbəli yaşayış binasının sakinləri təxliyə olunub.
Yanğına müdaxilə davam edir.
Kırklareli valisi Birol Ekici, Bələdiyyə sədri Derya Bulut və bölgənin jandarm komandanı, polkovnik Cemalettin Akyüz hadisə yerindədirlər.