Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var

 15:39 20.04.2024     192

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.

Redaktor.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bunun qarşısını almaq lazımdır: “Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Bütün problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmasını istəyirik”.