Ukraynaya ayrılan yardımın yönəldiləcəyi sahələr məlum oldu

 23:29 20.04.2024     279

Ukraynaya ayrılan maliyyə yardımın yönəldiləcəyi sahələr məlum olub.

Redaktor.az xəbər verir ki, bu, Nümayəndələr Palatasının qəbul etdiyi qanunda əksini tapıb.

Sənəddə göstərilib ki, məbləğin 49,9 milyard dolları müdafiə xərclərinə, 7,8 milyard dolları isə dövlət büdcəsinə dəstək məqsədilə sərf olunacaq.

Sözügedən məbləğin 1,57 milyardı Ukraynaya iqtisadi yardım, 400 milyon dolları isə sərhədlərin mühafizəsi və humanitar minatəmizləmə xərcləri qismində veriləcək.