Neft boru kəmərində yanğın oldu, ölən var

 14:21 21.04.2024     437

Suriyada neft boru kəmərində yanğın olub, ölən var.

Redaktor.az xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.

Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb.

Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb.

Ərazidə yanğınsöndürmə briqadaları işləyir.