Ramzan Kadırovun qızı medalla təltif edildi

 23:26 21.04.2024     142

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı alıb.

Redaktor.az-ın “Kommersant”a istinadən verdiyi xəbərə görə, mükafatı Çeçenistan meriyası və qızın bacısı, Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini Xədicat Kadırova elan ediblər.

Onun sözlərinə görə, bacısı sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə töhfəsinə görə mükafatlandırılıb.

“Tabarikin işə innovativ yanaşması sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır”.

Ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adam da bir sıra mükafatlara layiq görülüb.