"Qalıq yanacaq erası başa çatır" - Almaniya kansleri
“Qalıq yanacaqdan istifadə dövrü sona çatacaq”.
Redaktor.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Əlbəttə, bu da hamımıza aydındır: qalıq yanacaq erası başa çatır. Bizim hamımız üçün bu, sənaye proseslərinin dəyişdirilməsi deməkdir”, - kansler bildirib.
O, həmçinin Rusiya ilə ticarət əlaqələrini kəsdikdən sonra Almaniyanı qazla təmin etdiyinə, o cümlədən yeni yataqların işlənməsinə görə Norveçə minnətdarlığını bildirib.