Dünya müharibəsinə hazırlıq gedir... - Siyarto

 16:56 22.04.2024     179

ABŞ, NATO və Avropa Birliyi kimin Ukraynaya daha çox silah verə biləcəyini görmək üçün bir-biri ilə rəqabət aparır. Bu, Rusiya ilə münaqişənin kəskinləşməsinə gətirib çıxarır və yeni dünya müharibəsi təhlükəsi yaradır.

Redaktor.az bildirir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Brüsseldə dünya müharibəsinə hazırlıq intensivləşir. ABŞ, NATO və AB hazırda sülhün möhkəmləndirilməsinə və diplomatik həll yollarının tapılmasına diqqət yetirmək əvəzinə, Ukraynaya hərbi yardımı koordinasiya etmək hüququ uğrunda yarışırlar. Yeni dünya müharibəsinə hazırlıq dayandırılmalıdır", - o bildirib.