London polisi iki britaniyalını Çinin xeyrinə casusluqda ittiham etdi
London polisi iki britaniyalını Çin üçün 1911-ci ildə qəbul olunmuş Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Polisin vurğulayıb ki, Oksfordşirdən olan 32 yaşlı Kristofer Berri və Londondan olan 29 yaşlı Kristofer Keşə qarşı ittihamlar irəli sürülüb. Həmin şəxslər 2021-ci il dekabrın 28-dən 2023-cü il fevralın 3-dək “dövlətin təhlükəsizliyinə və ya mənafeyinə xələl gətirən məqsədlərlə” “məqalələr, qeydlər əldə etmək, toplamaq, qeydə almaq, dərc etdirmək və ya hər hansı başqa şəxsə ötürməkdə” ittiham olunurlar.
Bəyanatda söhbətin Çindən getdiyi aydınlaşdırılır.
Berri və Keş davam edən istintaqla əlaqədar 13 mart 2023-cü ildə həbs ediliblər. Onlar daha sonra zaminə buraxılıblar və indi aprelin 26-da Londonda Westminster Magistrates Məhkəməsində hakim qarşısına çıxmalıdırlar.
Barəsində ittiham irəli sürülən şəxslərin fəaliyyəti ilə bağlı heç bir təfərrüat verilməyib.
T.İSMAYIL