Daha bir ölkə "TikTok"u qadağan etməyi DÜŞÜNÜR
Qazaxıstan hakimiyyəti "TikTok" sosial şəbəkəsinin bloklanması imkanını müzakirə etməyə başlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva bildirib ki, hakimiyyət hazırda ölkədə "TikTok"a girişin məhdudlaşdırılması məsələsini müzakirə edir. Onun sözlərinə görə, Qazaxıstan idarələri artıq sosial şəbəkəni qadağan edən digər dövlətlərin təcrübəsini öyrənirlər.
“Biz "TikTok"un qadağan edilməsi məsələsini nəzərdən keçirməliyik, çünki hamımız bu işin içindəyik, uşaqlar buna baxır və görürsünüz ki, orada nə söyüşlər var”, - şöbə müdiri bildirib.
Qeyd edək ki, aprelin 18-də Qırğızıstanda TikTok-a giriş məhdudlaşdırılıb. Bu tədbir sosial şəbəkənin uşaqların psixi inkişafına və sağlamlığına zərərli təsirindən narahatlığını ifadə edən təşkilatların çoxsaylı müraciətlərindən sonra həyata keçirilib.
Yusif EYVAZLI