Pentaqon Ukraynaya silah göndərməyə hazır olduğunu AÇIQLADI
ABŞ-nin Ukraynaya gözlənilən hərbi təchizatının həcmi və məzmunu onların maliyyələşdirilməsi Konqres tərəfindən tam təsdiqlənməyincə açıqlana bilməz.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsin deyib.
Pentaqon qeyd edib ki, hazırda yardım paketinin potensial həcmini müzakirə etmək tezdir, çünki bu, ABŞ hakimiyyəti tərəfindən təsdiqlənməyib. Eyni zamanda müdafiə departamenti “Ukraynaya çox ehtiyac duyulan silah və sursatların təhvil verilməsi əmri verilərsə, tez reaksiya verməyə” hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə Ukraynaya təxminən 61 milyard dollar ayrılması haqqında qanun layihəsini qəbul edib. Səsvermənin nəticələrindən belə çıxır ki, tranş Nümayəndələr Palatasının üzvlərinin 311 səsi ilə 112-nin əleyhinə səs verib. Eyni zamanda 101 respublikaçı “lehinə”, 112-si isə “əleyhinə” səs verib. Ukraynaya 61 milyard dollara yaxın vəsaitin ayrılması layihəsini Demokratlar Partiyasından olan 210 deputat dəstəkləyib.
Turan İSMAYIL