Yüksək qan təzyiqinin gözlənilməz təhlükəli nəticəsi AÇIQLANDI
ABŞ-nin Boston Universiteti İctimai Sağlamlıq Məktəbinin alimləri aşkar ediblər ki, yüksək qan təzyiqi miyometriumda əmələ gələn xoşxassəli şiş olan uşaqlıq miomasının inkişafına səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Network Open" jurnalında dərc olunub.
Tədqiqatda mioması olmayan 2570 orta yaşlı qadın iştirak edib. Alimlər subyektlərin səhhəti haqqında məlumat toplayıb, onların qan təzyiqini qeyd ediblər, həmçinin qadınların qan nümunələrini ürək xəstəliyinin biomarkerlərinin olub-olmaması üçün təhlil ediblər (onlar orqanizmdə xolesterin və C-reaktiv zülal səviyyələrini ölçüblər). Bundan sonra subyektlərin müşahidə dövrü başlanıb.
Müşahidə zamanı iştirakçıların 20%-də uşaqlıq mioması, ən çox reproduktiv yaşda olan qadınlarda rast gəlinən ümumi xoşxassəli şiş xəstəliyi aşkar edilib. Mioma uşaqlıq yolunun əzələ qişasında əmələ gələn şişdir. Uşaqlıq miomasının ağırlaşmalarına dəmir çatışmazlığı anemiyası, hamiləlik və uşaq dünyaya gətirmənin çətinliyi, sidik axınının pozulması və böyrəklərin zədələnməsi daxildir.
Məlum olub ki, yüksək qan təzyiqi olan qadınlarda hipertansiyonu olmayan iştirakçılara nisbətən miyom inkişaf ehtimalı demək olar ki, 20% çoxdur. Tədqiqatçılar həmçinin aşkar ediblər ki, hipertoniyadan ACE inhibitorları (damar və arteriyaları rahatlaşdıraraq qan təzyiqini aşağı salan dərmanlar) ilə müalicə alan xəstələrdə ilkin olaraq normal qan təzyiqi olan qadınlarla müqayisədə miyoma inkişaf riski 48% azdır. Bu qoruyucu təsirin tam olaraq nəyə səbəb olduğunu tapmaq üçün daha çox araşdırma tələb olunur.
T.İSMAYIL